Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 11:57:26
Zəhərlənmə qeydə alınan məktəbdə tədris bərpa edilib

Şəki rayonunun Qudula kənd orta məktəbində bir daha əlavə əsaslı təmizlik işləri aparıldıqdan sonra tədris bərpa olunub.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, artıq ötən gündən sözügedən məktəbdə tədris davam edir.

 

Qeyd edək ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınmış, 3 müəllim və 24 şagird olmaqla ümumilikdə 27 nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdu.