Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 16:02:00
ADPU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

 

Bu gün AzEdu.az və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova, universitetin sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.

 

Tədbir Fikrət Rzayevin açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır: 

 

 

Bəylərli Esfir Elxan qızı - Kimya və biologiya fakültəsi, III kurs

 

Əliyeva Yamən Samir qızı - Məktəbəqədər təhsil fakültəsi, II kurs

 

Tağıyeva Səbinə Elçin qızı - İbtidai təhsil fakültəsi, III kurs

 

Qulaməddinova Bikəxanım Vahid qızı - Kimya və biologiya fakültəsi, III kurs

 

İmaməliyev Təhmasib Asif oğlu - Tarix və coğrafiya fakültəsi, III kurs

 

Qurbanova Cəmilə Bəhmən qızı - Riyaziyyat fakültəsi, IV kurs

 

Quluzadə Nərgiz Sahib qızı - İbtidai sinif müəllimliyi ( SABAH qrupları ) III kurs

 

İsmayılov Raman Hadi oğlu - Filologiya fakültəsi, III kurs

 

Ağayev Tərlan Əli oğlu - Tarix və coğrafiya fakültəsi, V kurs

 

Nəsirov İsmayıl Kamil oğlu - Magistratura və doktorantura – tarixin tədris metodikası və metodologiyası, I kurs. 

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.