Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 15:36:47
“Qeyri-ixtisaslı müəllimlər təhsilə ziyan vurur” - Komitə sədri

“Məktəblərdə dərslərin keyfiyyətini artırmaq istəyiriksə, bunun yollarından biri sertifikasiyadır. Başqa yol yoxdur”.

 

AzEdu.az bunu deputat Musa Qasımlı Elm və təhsil komitəsinin iclasında deyib.

 

“Bəzən məktəblərdə yaşı 65-dən yuxarı olanlar pensiyaya çıxır, amma bəzən fənni qeyri-ixtisas müəllimi tədris edir. Həmin müəllim dərsi yaxşı tədris edər, yoxsa yaşı 65-dən yuxarı olan müəllim? Düşünürəm ki, qeyri-ixtisas fənn müəllimləri təhsil prosesinə ziyan vurur”, - o, bildirib.