Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 13:52:47
“Mayın sonunda dərs ilini yekunlaşdırmaq lazımdır!” - Ekspertdən ÇAĞIRIŞ

“Hələ may ayının 24-dür, Bakı şəhəri və Mərkəzi Aran rayonlarında şagirdlərin isti hava ilə bağlı səhhətlərində problemlər müşahidə olunur”.


AzEdu.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov tədris ilinin müddətindən danışarkən deyib.


O bildirib ki, isti hava ilə əlaqədar artıq bir neçə məktəblinin ürəyi gedib, özündə narahatlıq hiss edənlər var.


“Bu bir daha təsdiq edir ki, may ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır.

Amma bundan əlavə, artıq Azərbaycan bir neçə ildir ki, yay - qış vaxtına keçid etmir. Günəş daha erkən saatlarında çıxır. Ona görə də may ayında dərslər saat 8-də yox, 1 saat daha tez başlaya bilər.

15 gündür ki, hər gün izləyirəm, saat 6-da artıq hava kifayət qədər işıqlanır”.


Ekspert deyib ki, isti hava şəraiti ilə əlaqədar may ayında dərsləri daha tez başlayıb, günortayadək bitirmək olar.

 
Qeyd edək ki, Azərbaycanda dərs ili 15 sentyabrda başlayır, 14 iyunda başa çatlr.