Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 09:24:00
ADAU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib. 

 

Bu gün AzEdu.az-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. AzEdu.az-ın "İlin gənc müəllimi" layihəsinin qalibləri olan nümayəndələrimiz Leyla Camalzadə və  Səltənət Qurbanova tələbələrlə uğurun sirlərini müzakirə edib. Daha sonra onlara qalib kimi təltifnamələri təqdim olunub.

 

Azərbaycan Dövlət Aqrar Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Arzu Rzayev  - Baytarlıq Təbabəti fakültəsi

 

Gülçin Çiçitova  - Aqronomluq fakültəsi

 

Nəsibə İsmayılova - Aqronomluq fakültəsi

 

Əli Məmmədov - Aqronomluq (EGE) fakültəsi

 

Nuray Məmmədzadə - Aqronomluq fakültəsi

 

Nigar Bayramova - Aqrar İqtisadiyyat (EGE) fakültəsi

 

Ağazadə Əli - Baytarlıq fakültəsi

 

Nizami Məmmədov - Baytarlıq təbabəti (EGE) fakültəsi

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.