Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 14:39:00
ADMİU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

 

Bu gün AzEdu.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə ADMİU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az-ın icraçı direktoru Tünzalə Abbasova, həmin statusa layiq görülmüş tələbələr və universitetin akademik heyəti iştirak edib.

 

Tədbir prorektor Sədaqət Əliyevanın açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

 

Sabirə Rüstəmova – Teatr sənəti fakültəsi, IV kurs

 

Mir Qasımov Mir-Elbəy - Rəssamlıq fakültəsi, II kurs 

 

Əkbərli Orxan - Audiovizual sənətlər fakültəsi, II kurs 

 

Hüseynov Mirzə – Audiovizual sənətlər fakültəsi, I kurs 

 

Zeynallı Ürfan – Audiovizual sənətlər fakültəsi, I kurs 

 

Əlirza Əlizadə - Kulturologiya fakültəsi, IV kurs

 

Yusif Cəfərbəyli - Kulturologiya fakültəsi, II kurs

 

Elvin Nuri - Teatr sənəti fakültəsi, III kurs

 

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.