Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 18:11:18
3 ayda 902 əkiz, 54 üçəm DOĞULUB

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27753 doğulan körpə qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.