Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 09:58:00
Apellyasiya müraciəti edən abituriyentlərlə əlaqə saxlanılacaq - DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) keçirlən buraxılış imtahanlar ilə bağlı bir çox abituriyent nəticələrinin yenidən yoxlanması üçün DİM-ə müraciət edir.

 

Apellyasiya komissiyasına müraciət edən imtahan verənlər nəticələrin nə vaxt elan olunacağı barədə narahatdır.

 

 

AzEdu.az-ın DİM-dən aldığı məlumatda bildirilib ki, Apellyasiya komissiyasına müraciət edərkən əlaqə vasitəsi kimi "Zoom" proqramını göstərən şəxslərə apellyasiyanın keçiriləcəyi vaxt və müvafiq link müzakirə aparılacaq vaxtdan bir gün əvvəl göndərilir.

 

“Əlaqə vasitəsi kimi “Telefon” bəndini seçən şəxslərə isə birbaşa zəng olunur. Həmin vaxt şagirdə uyğundursa, müzakirə aparılır, əks halda, başqa tarix təyin olunur və həmin vaxt yenidən əlaqə saxlanılır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən bütün şagirdlərlə mərhələli şəkildə əlaqə saxlanılacaq”-deyə DİM-dən bildirilib.

 

Qeyd edək ki, 5 mart tarixində keçirilən buraxılış imtahanı üçün apellyasiyaya qeydiyyat artıq yekunlaşıb. 12 mart buraxılış imtahanı üçün apellyasiya komissiyasının fəaliyyəti isə 28 aprel tarixində bitəcək.

 

Xatırladaq ki, 2 aprel tarixində keçirilmiş buraxılış imtahanı üçün apellyasiya vaxtı nəticələr elan olunduqdan sonra bildiriləcək.