Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 12:37:00
ADU məzunlarının MİQ imtahanlarındakı göstəriciləri...

Demək olar ki, bütün ölkələrdə gənclər arasında işsizlik qlobal problem olaraq qalmaqdadır. Gənclər iqtisadi fəal əhalinin nüvəsini təşkil etdiyindən, onların işlə təmin olunması bütün dövlətlər üçün ən aktual məsələlərən biridir.

 

Azərbaycanda da gənclər oxşar problemdən əziyyət çəkirlər. 

Digər ali təhsil ocaqları kimi, Azərbaycan Dillər Universitetinin (ADU) məzunların işlə təmin olunması da çətin prosesdir.  

 

AzEdu.az-ın ADU-dan aldığı məlumata əsasən, son 5 ildə bu ali təhsil ocağının 1279 məzunu Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edib.

 

“Son 5 ildə ingilis dili fənni üzrə 698 namizəd müsabiqədə iştirak edib. 357 məzun 40-79 arası bal toplayıb. 35% isə 50 və ya daha yüksək bal yığıb.

Azərbaycan dili və ədəbiyyat fənni üzrə isə 24 namizəd müsabiqədə iştirak edib. 18 məzun 40-79 arası bal toplayıb. 88% isə 50 və daha yüksək bal toplayıb", - deyə universitetdən bildirilib.