Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 14:12:00
Bu məktəbin direktoru vəzifəsinə işə qəbul imtahanının vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi aprelin 15-i saat 10:00-da keçiriləcək.

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, imtahan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin (ünvan: Yasamal rayonu, Parlament prospekti 7/11) binasında təşkil olunacaq.

 

İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi-məntiqi düşünmə, rəqəmsal məlumatlarla işləmə, söz ehtiyatının zənginliyi, sintezetmə və təhliletmə bacarıqlarının yoxlanılması üzrə 15, qanunvericilik biliklərinin yoxlanılması üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığınının cavablandırıması üçün 80 dəqiqə vaxt veriləcək.

 

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

 

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.