Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 10:23:40
Direktor və müavinlər də sertifikasiya OLUNACAQ

Sosial şəbəkələrdə on minlərlə müəllimin üzv olduğu təhsil səhifələrində direktor və direktor müavinlərinin sertifikasiya imtahanlarına cəlb olunması məsələsi gündəmə gətirilib.

AzEdu.az xəbər verir ki, bir çox müəllimlər  təklif ediblər ki, məktəb direktorları və direktor müavinləri də sertifikasiya imtahanlarında iştirak etsinlər.

Müəllimlər bununla bağlı aşağıdakı tələbləri irəli sürüblər:

“Əgər direktor və müavinlər hər hansı bir fəndən dərs keçirsə, onlar niyə sertifikasiya olunmamalıdır?

Bəli, direktor və müavinlər sıravi müəllimlərə nümunə olmalı, həmişə öndə getməlidirlər. O cümlədən, sertifikasiyada onların da iştirakı vacibdir. Açıq dərsləri də ən birinci direktor özü keçməlidir, sonra müəllimlərdən tələb etməlidir.

Dərs aparan direktor və müavinlər üçün sertifikasiyada iştirak məcburi olsun.


Sertifikasiyada iştirak edib bal toplayan director və müavinlər dərs aparsın, iştirak etməyən dərs aparmasın.


Dərs aparan direktor və müavinlər sertifikasiyaya cəlb olunmalıdır. Direktor və direktor müavini məktəbə nümunə olmalıdır”.

Təhsil eksperti, sabiq deputat Sona Əliyeva da AzEdu.az-a açıqlamasında bildirib ki, məktəb direktorları və onların müavinlərinin də müəllim kimi sertifikasiyaya cəlb olunmasına ehtiyac var:

“Hər bir halda əgər məktəb direktorları və müavinləri tədris həyata keçirir, dərs deyirlərsə, onların da müəllim kimi sertifikasiyaya cəlb olunmasına ehtiyac var.
Digər tərəfdən, əgər məktəb direktorları və onların müavinləri üçün belə bir imtahan nəzərdə tutularsa, onların bilik və bacarıqlarının yoxlanılması liderlik bacarığı, qanunvericilik, məktəbin idarəedilməsi ilə bağlı olmalıdır. Çünki bu biliklərin az olması məktəbin fəaliyyətinə də ciddi şəkildə təsir edir”.

Maraqlıdır, müəllimlərin səsləndirdiyi tələb və təkliflərə baxila bilərmi? Direktor və müavinlərin sertifikasiya prosesinə cəlb olunması nəzərdə tutulacaqmı?

AzEdu.az saytının məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə ünvanladığı sorğuya belə cavab verilib:

“Sorğunuza cavab olaraq bildiririk ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasına əsasən, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması nəzərdə tutulmuşdur”.