Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 09:20:00
Məktəblərdəki sıxlığın əsas səbəbkarı valideynlərdir -CİDDİ FAKTLAR

 

Elm və təhsil naziri Emin Əmrullayev son çıxışında əhalinin sıx məskunlaşdığı bəzi ərazilərdə yerləşən məktəblərin iki, hətta üç növbəli fəaliyyət göstərdiyini bildirib.

 

Nazir birnövbəli sistemə keçid üçün müəyyən işlərin görüldüyünü, yeni məktəb tikmənin problem olmadığını, bəzən məktəb tikmək üçün ərazi tapmaqda problemin yaşanıldığını söyləyib.

 

Bəs məktəblərdəki sıxlıq, hətta ərazi probleminin əsas səbəbi nədir? Bu problemin aradan qaldırıması üçün hansı addımlar atılmalıdır?

 

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında sıxlığın əsasən paytaxtın mərkəzində yerləşən məktəblər üçün xarakterik olduğunu qeyd edib:

 

“Şagird sıxlığını ümumi təhsil müəssisələrinin sayı ilə əlaqələndirmək doğru olmaz. Məktəblərdəki sıxlıq ümumi bütün respublika ərazisi üçün xarakterik deyil. Bu hal paytaxtın mərkəzindəki məktəblərdə daha çox müşahidə olunur. Ölkədə əksər valideynlər övladlarının “elit təhsil ocağı” kimi tanınan məktəblərdə təhsil almasına çalışırlar. Uzun illər məktəbə qəbul ərazi üzrə həyata keçirilib. Müəyyən ərazidə yaşayan şagirdlər orada yerləşən məktədə təhsil alırdılar. Buna görə də, hər məktəb burada təhsil almalı olan uşaqların sayını və kimlərin tədrisə cəlb edilmədiyini yaxşı bilirdi. Sonralar isə məlum olduğu kimi valideynlərə məktəb seçimi üçün sərbəstlik verildi. Qərara əsasən, valideynlər övladlarını istədikləri ərazidə yerləşən məktəbə qeydiyyatdan keçirə bilərdilər. Hətta onlara məktəblə yanaşı müəllim, sinif seçmək imkanları da yaradıldı. Nəticədə isə belə bir vəziyyət meydana gəldi”.

 

Məni “təhsil eksperti” kimi təqdim etməyin-Nadir İsrafilov - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Mütəxəssis problemin əsas səbəblərindən birinin müəyyən müddət öncə valideynə məktəb seçməkdə sərbəstlik verilməsinin olduğunu söyləyib:

 

“Bizim valideynlərdə belə bir xüsusiyyət var, hansı məktəbdə müəllim yaxşıdı, övladını həmin məktəbə qoyur. Məsələn, Əhmədlidə yaşayan şəxs övladını şəhərdəki 1 nömrəli məktəbə təhsil almağa göndərir. Həmçinin bəzi məktəblər də lisey və gimnaziyalara çevrildi. Bu hallar da öz növbəsində sıxlıq problemini artırdı. Bir müddət sonra isə yenidən şagirdlərin ərazi üzrə yerləşdirilməsi qərarı qəbul edildi. Hazırda valideynlərə müəyyən qədər müstəqillik verilib. Məktəb, ərazisi üzrə uşaqları təmin etdiyi halda boş yer qalarsa, o zaman qonşu küçələrdən şagird qəbul etmək olar”.

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları