Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 12:59:00
Dərsliklərimizdə görünməz ciddi problem - Uşaqlar necə məhv olur?

 

“Hazırkı dərsliklərin çapında əsasən ağ kağızlara üstünlük verilir ki, bu da şagirdlərin göz sağlamlığı üçün zərərlidir. Sarı kağızlardan istifadəyə keçilməlidir”.

 

Son zamanlarda dərsliklərin məzmunu ilə yanaşı üz qabıqlarının dizaynı da müzakirə edilir.

 

Bəzi dərsliklərin üz qabığı ilə məzmunu arasında əlaqə, bəzilərində rəng, kağızın keyfiyyəti və digər texniki problemlərin olduğu bildirilir.

 

Bəs hazırkı dərsliklərin dizaynı nə dərəcədə ürəkaçandır? Ümumilikdə bu istiqamətdə hansı məqamlara diqqət edilməlidir?

 

Mövzu ilə bağlı Hədəf Şirkətlər qrupunun baş direktoru Şamil Sadıq AzEdu.az-a açıqlamasında hazırda istifadə edilən vəsaitləri dəyərləndirib:

 

“Dərsliklərin üz qabığı ilə bağlı hər hansı problemin səsləndirildiyini eşitməmişəm. Ola bilər ki, kimsə üz qabığı dizaynını bəyənməsin, yaxud kağız keyfiyyəti ilə bağlı narazılığını bildirsin. İnsanlar indiki kitabları daha çox sovet dövrünün qalın üzlü vəsaitlərilə müqayisə edirlər, Amma indiki kitablar əsasən, yumşaq, nazik cildlə çap olunur. Bu baxımdan, düşünürəm ki, hazırda istifadə edilən vəsaitlərin texniki tərəfləri normaldır, hər hansı şikayət də görməmişəm. Cəmiyyət daha çox dizayın məsələsinə fikir verir ki, bu da bildiyimiz kimi zövq işidir. Yəni, hər dizayner bir cür tərtib hazırlaya bilər. Kitab üzləri klassik olduğu üçün çoxlu yaradıcılıq imkanları da yoxdur. Əgər şikayət varsa, yəqin ki, bu nazik və qalın üz qabıqlarının müqayisəsilə bağlıdır. Məlumdur ki, bu gün bütün dünyada kitabların üz qabıqları daha yumuşaq çap edilir. Əsas səbəb isə belə olan zaman dərsliyin daha yüngül olması və uyğun məbləğə başa gəlməsidir. İstənilən halda qalın üzlüklər kağız israfına gətirib çıxarır. Bu həm təbiətə ziyandır, həm də maliyə baxımındanda böyük önəm daşıyır. Məndə nazik üz qabığının olmasının tərəfdarıyam”.

 

Ş.Sadıq dərsliklərin dizaynında nəzərə alınması vacib olan məqamlardan danışıb:

 

“Üz qabığı uşaqların yaşı nəzərə alınaraq hazırlanmalıdır. Vəsaitin örtüyü kitabın məzmunundan xəbər verməlidir, buradakı mesajlar dərsliyin içini əhatə etməlidir. Həmçinin rəng seçiminə diqqət etmək də zəruridir. Bildiyim qədərilə yuxarı və aşağı sinif dərslikləri arasında müəyyən fərqlər var. Dərsliyin üz qabığı ilə yanaşı, onun məzmununa da diqqət edilməlidir. Bizim bu dəqiqə çap olunan dərsliklərin demək olar ki, əksəriyəti “ofisiant” üsulu ilə çap olunur və ağır kitablardır. Həmçinin, bu göz sağlamlığı üçün də zərərlidir. Vəsaitlərin hazırlanmasında əsasən ağ kağızlardan istifadə edilir. Amma sarı kağızlar daha yüngüldür, həmçinin gözlərin sağlamlığına təsir etmədiyinə görə bu kağızlara keçirilməsi daha məqsədəuyğundur. Bu bütün nəşriyyat sistemində qəbul olunmuş məsələdir”.

 

“Dərsliklərin çapında sarı kağızlardan istifadəyə üstünlük verilməsi şagirdlərin rahat öyrənməsi, gözlərinə zərər və yorğunluq verməməsi baxımından daha faydalı olacaq”-deyə, o bildirib.

 

Murad Əliyev