Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-08 10:01:00
Gədəbəydə müəllim və ərinin meyiti tapıldı

Gədəbəydə evdən iki meyit tapılıb. 

 

AzEdu.az-ın məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib. 

 

Meyitləri tapılan şəxslər kənd sakinləri - 1959-cu il təvəllüdlü Oktay Əliyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Məryəm Məmmədovadır.

 

Onların dəm qazından öldüyü bildirilir. 

 

Qeyd edək ki, qadın kənd məktəbində müəllimə, kişi həmin təhsil müəssisəsində texniki işçidir. (Oxu.az)