Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-08 09:17:00
Laçın-Xankəndi yolundakı aksiyanın 118-ci günü

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

 

AzEdu.az xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər. Onlar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.

 

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 118 gündür davam edir.