Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 15:45:00
Buraxılış imtananında niyə 300 bal toplayan olmadı? - Ekspert ŞƏRH ETDİ

11-ci siniflər üçün 05.03.2023 tarixində keçirilmiş buraxılış imtahanının cavabları açıqlandı.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlər arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib.


Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açqlamasında imtahan nəticələri barədə danışıb.
 

"İmtahan iştirakçıları arasında 1 nəfər 296,7 balla ən yüksək nəticəni əldə edib. 50 000-dən artıq iştirakçı arasında yalnız 1 nəfərin 297 bal toplaması həmin imtahanın nə qədər çətin və vaxtaparan olmasından qaynaqlanır. Bu imtahanda Azərbaycan dili və xüsusən də riyaziyyat fənnindən təqdim edilmiş sualların kifayət qədər çox zaman tələb etməsi şagirdlərin də sualları cavablandırarkən vaxt itirməsinə səbəb olub".

 

Ekspert əsas problemin vaxt azlığı ilə əlaqəli olduğunu vurğulayıb:
 

"Problem test tapşırılarının çətin olması deyil, bu, bəzi sualların cavablandırılması üçün vaxt itkisilə bağlıdır. Eyni zamanda, şagirdin suallara çox vaxt itirməsi onun imtahan anında psixologiyasına təsir göstərmiş olur". 

 

K.Əsədov bu il maksimum balın olmayacağı qənaətindədir.

 

"50 000-dən çox abituriyent arasından 300 balı toplayan olmayıbsa, bu il heç kimdən maksimum 700 bal gözləmək olmaz.

 

Ali məktəblərə qəbul planının artığını nəzərə alsaq, bu il yüksək bal toplayanı deyil, aşağı ballarla universitetlərə qəbul olanları görəcəyik".