Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 15:58:00
İnşaatçılar Gününə həsr olunmuş seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaatçılar Gününə həsr olunmuş “Müasir inşaatda izolyasiya problemləri və onun həlli yolları” adlı seminar keçirilib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Bildirilib ki, seminarda AzMİU-nun Materialşünaslıq kafedrasının professor-müəllim heyəti və tələbələrlə yanaşı, “Mətanət A” şirkətinin nümayəndələri də iştirak ediblər.

 

İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev çıxış edərək mövzunun əhəmiyyətinə diqqət çəkib. O, istilik və su izolyasiya probleminin aktuallığından, həmçinin bu problemin həlli istiqamətində AzMİU-da aparılan tədqiqat işlərindən danışıb.  

 

Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinova çıxış zamanı ölkəmizdə istehsal olunan tikinti materiallarının kefiyyətinə diqqət çəkib və “Mətanət A” şirkətinin bu istiqamətdəki fəaliyyətini təqdirəlayiq adlandırıb. 

 

Kafedranın dosenti Yasin Xəlilov isə çıxışı zamanı ümumilikdə izolyasiya anlayışından, inşaat sektorunda istilik və su izolyasiyasının faydalarından və iqtisadi səmərliliyindən bəhs edib. Tikinti sektorunda diqqət olunmalı ən vacib məqamlardan birinin termo və hidroizolyasiya olduğunu qeyd edən Yasin Xəlilov bu istiqamətdəki tədqiqatların əhəmiyyətinə toxunub.  

 

Sonra “Mətanət A” şirkətinin nümayəndələri Müjgan Bəşirova şirkət haqqında təqdimatla, Orxan Köçər isə “Problemin qoyuluşu və həlli yolunda atılan addımlar” mövzusunda çıxış ediblər.

 

Seminar diskussiya formatında davam etdirilib və tələbələr tərəfindən verilən suallar cavablandırılıb. 


Seminarda, həmçinin tələbələrin şirkətdə təcrübə keçməsi və  tələbələrə təqaüdlərin təyin olunması məsələləri də müzakirə olunub.