Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 14:19:23
TKTA peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Əməliyyatçı-mühasib” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

TKTA AzEdu.az-a bu barədə məlumat verib.

 

Belə ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən əməliyyatçı-mühasiblərin səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

 

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə Sertifikat təqdim ediləcək.

 

Qeydiyyat üçün son tarix 01.05.2023-cü il.