Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-30 11:21:32
Peşə təhsili alan 28 nəfərə tələbə krediti verilib

Peşə təhsili alan 28 tələbəyə ilk dəfə olaraq 7675 manat məbləğində təhsil tələbə krediti verilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, cari ildə 6 yeni ixtisas üzrə təhsil proqramı hazırlanıb.

 

2023/2024-cü tədris ili üzrə yüksək texniki peşə təhsili səviyyəsi üzrə kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı, texniki peşə təhsili səviyyəsi üzrə rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, unüyütmə istehsalının aparatçısı olmaqla ümumilikdə 6 yeni ixtisas üzrə səriştəəsaslı təhsil proqramları hazırlanıb. Yeni ixtisas və proqramların yaradılması zamanı işəgötürənlərdən gələn tələblər, ixtisasın tədris olunduğu regionun ümumi sosial-iqtisadi inkişaf meyilləri nəzərə alınıb və əmək bazarının tələblərinə uyğunlaşdırılıb.