Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-18 10:43:55
Peşə məktəblərində kimlər ödənişsiz təhsil ala biləcək? - RƏSMİ

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

 

AzEdu.az xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.