Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 17:52:00
Müəllimlərə şad xəbər - Nazirlikdən AÇIQLAMA

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istifadəsi üçün nəzərdə tutulmuş əmək haqqı kalkulyatoru xidmətində aparılan yenilənmə işləri artıq yekunlaşıb.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 02.04.2023-cü il tarixdən etibarən kalkulyator funksionalı işlək vəziyyətə gətirilib.

 

Eyni zamanda, kalkulyatorda qanunvericilikdə edilmiş dəyişikliyə uyğun maaş artımları nəzərə alınıb.

 

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev sərəncamına əsasən, Azərbaycanın dövlət büdcəsindən maliyyələşən məktəblərdə və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin, direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

 

Onlayn kalkulyatora buradan (link)  daxil ola və maaşlarınızı hesablaya bilərsiniz.