Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 14:16:00
Azərbaycandakı bu məktəbdə bütün şagirdlər dərsə velosipedlə gedir - VİDEO

Haqqında bəhs etdiyimiz məktəb Balakən rayonunun ən ucqar ərazisindəki İtitala kəndində yerləşir. 

 

AzEdu.az xəbər verir ki, məktəbin hazırlıq sinfindən 11-ci sinfinədək əksər şagirdlər təhsil müəssisəsinə velosipedlə gedib-gəlirlər.

 

Şagirdlər velosipedlə gedib-gəlməklə həm sağlamlıqlarını qoruduqlarını, həm də vaxta qənaət etdiklərini deyirlər.

 

Məktəbin şagirdlərindən biri velosipedi olan bütün uşaqlara müraciət edərək onların təşəbbüsünə qoşulmağa çağırıb:

 

“Mən 3 ildir ki, məktəbə velosipedlə gedib-gəlirəm. Piyada 15 dəqiqə gəldiyim yolu velosipedlə 5 dəqiqədə qət edirəm. Bu, sağlamlıq üçün də yaxşıdır, özümü daha gümrah hiss edirəm. Eyni zamanda, böyüyəndə idmançı olmaq istəyirəm”.

 

Qeyd edək ki, şagirdlər səhər dərsə gələndə velosipedi həyətdə bu məqsədlə ayrılmış ərazidə saxlayır, dərsdən çıxdıqda isə sürüb evlərinə gedirlər. Hər sinfin cərgəylə ayrılan öz saxlama yeri olduğuna görə, dərs sonu şagirdlər öz velosipedlərini rahatlıqla tapırlar.