Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 12:45:00
Builki məzunlar dövlət qulluğu imtahanında iştirak edə bilməyəcək - DİM

Universitetləri bu il bitirəcək bəzi tələbələr də dövlət qulluğu imtahanında iştirak etmək istəyir.

Bu ilin məzunları diplomdan çıxarış almaqla iyulun 30-u üçün nəzərdə tutulan dövlət qulluğu imtahanında iştirak edə bilərmi?

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi sözgedən məsələyə aydınlıq gətirib.

 

“Həmin məzunlar iyulun 30-da baş tutacaq imtahanda iştirak edə bilməzlər.

Müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur.

 

Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən sonrakı 10 (on) iş günü müddətində DİM-in internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti əlavə edilir”.