Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 13:20:00
Azərbaycanlı gənc Türkiyədə beynəlxalq festivalın münsiflər heyətinə seçilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın oğlu Malik Bədəlov bu il Türkiyənin ən böyük film festivalı olan 42-ci Beynəlxalq İstanbul Film Festivalının Gənc Ustalar kateqoriyasındakı filmləri dəyərləndirəcək münsiflər heyətinə üzv seçilib.

 

AzEdu.az xəbər verir ki, Malik Bədəlov hazırda İstanbul Universiteti İletişim fakültəsində radio, televiziya və sinema ixtisası üzrə 2-ci kursda təhsil alır. O, daha öncə də Yozqatda keçirilən Beynəlxalq Film Festivalının gənc jüri heyətində yer almışdı.

 

Qeyd edək ki, 1982-ci ildən etibarən İstanbul Kültür Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq İstanbul Film Festivalı bu il 7-18 aprel tarixlərində baş tutacaq. Festival 1989-cu ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyası Federasiyası tərəfindən akkreditə olunub. Kinofestivalın əsas ödülü “Altun Lalə”dir.