Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 12:31:00
Buraxılış imtahanlarının cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 mart və 12 mart 2023-cü il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan verən abituriyentləri və valideynləri ən çox maraqlandıran məsələ cavabların nə vaxt açıqlanacağıdır.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, hazırda yoxlama prosesi davam edir.  


"Nəticələr hazır olan kimi elan olunacaq. Dəqiq vaxt demək mümkün deyil", - rəsmi cavabda bildirilib.

 

Qeyd edək ki, DİM tərəfindən verilən əvvəlki açıqlamada martın 13-dən etibarən imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacağı və imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulduğu bildirilmişdi.