Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 15:53:00
İqtisad Universitetində bilik yarışı keçirilib

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin və tələbə təşkilatlarının birgə layihəsi çərçivəsində ulu öndəHeydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib.

 

AzEdu.az xəbər verir ki, yarışda 15 komanda iştirak edib. Dekan müavini Ramal Cabbarov komanda üzvlərini yarışın şərtləri barədə məlumatlandırdıqdan, sonra yarışa start verilib. Maraqlı və gərgin keçən bilik yarışında “İnformasiya təhlükəsizliyi” ixtisası 582 saylı qrupun tələbələrindən ibarət komanda qalib olub.

 

II yeri “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisası, 596 saylı qrupun komandası, III yeri isə “İnformasiya texnologiyaları” ixtisası, 578-2 saylı qrupun komandası qazanıb.

 

Qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.