Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 15:21:00
Azərbaycan Universitetində magistrantlarla görüş oldu

Klinik psixoloq Demet Bozok magistratura tələbələri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, Demet Bozok Psixoloji Mərkəzinin rəhbəri, klinik psixoloq Demet Bozok Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşüb. Görüş Tərcümə və filologiya kafedrasının təşkilatçılığı ilə baş tutub. 

 

Tədbirdə tələbələrə son illər ölkədə və dünyada baş verən müxtəlif sarsıntılı hadisələr, insanların yaşadıqları travmalar, travma sonrası yaranan psixoloji pozuntular və onların aradan qaldırılması yolları haqqında məlumat verilib, mövzuya dair suallar cavablandırılıb. 

 

Görüşün sonunda tələbələr “Resim Analizi Atölyesi” psixoloji testindən keçiblər.