Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 15:13:00
DİM GRE General imtahanı keçirib

DİM buraxılış və qəbul imtahanları ilə yanaşı beynəlxalq imtahanlarda da əlilliyi olan və ya sağlamlıq imkanları məhdud namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılmasına böyük önəm verir.

 

AzEdu.az xəbər verir ki, 12 mart tarixində Dövlət İmtahan Mərkəzində sağlamlıq imkanları məhdud bir namizəd üçün kağız daşıyıcılar vasitəsilə GRE General imtahanı keçirilib. Namizədin rahat şəkildə imtahan verməsi üçün binada ayrıca zal ayrılıb, tapşırıqların oxunması, yazı bölməsində esselərin yazılması və s. işlər üçün fərdi nəzarətçi təyin edilib.

 

Xatırladaq ki, GRE General imtahanının əsas təşkilatçısı olan ETS (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) əlilliyi və ya sağlamlıqla bağlı xüsusi ehtiyacları olan iştirakçılara müvafiq şəraitin yaradılmasına xüsusi diqqət göstərir.Əlilliyi olan şəxslər ETS-in rəsmi saytından müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçə və sağlamlıq imkanlarının məhdudluq dərəcəsinə uyğun olaraq qurum tərəfindən standart test formatından fərqli müvafiq icazələr (test müddətinin artırılması, əlavə fasilələr, böyük maştablı test kitabçaları, brayl əlifbası, fərdi oxuyucu və ya yazıçı və s.) əldə edə bilərlər.

 

Məlumat üçün bildirək ki, növbəti kompüter-əsaslı standart GRE General imtahanının 28 mart 2023-ci il tarixində keçirilməsi nəzərdə tutulur. GRE imtahanları barədə ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün qeyd olunan linkə keçid edə bilərsiniz:  https://dim.gov.az/activities/exams/gre/