Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 11:45:53
Rektor ali təhsillə bağlı qanun layihəsinə irad TUTDU

Ali təhsilin qarşısında duran ciddi problemlərin həlli qanun layihəsindən kənarda qalıb. 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. 

Rektor qanun layihəsi ilə bağlı iradlarını bildirib: 

"Ötən iclasda “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı səsləndirdiyim təkliflər nəzərə alınmayıb. Qeyd edim ki, ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Bundan sonra digər məsələlərə keçilməlidir. Amma qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı müddəa yoxdur. Eyni zamanda qanunda qeyd edilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali təhsil məsələsində çox təhlükəlidir. Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ona görə də ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil”.