Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 11:01:36
Bu ali məktəblərin lisenziyası LƏĞV EDİLƏCƏK

Bu ildən ali təhsil müəssisələrinin akreditasiyasına başlanılır.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

Nazir bildirib ki, akreditasiyadan keçə bilməyən ali təhsil müəssisələrinə bir il vaxt veriləcək. 

“Ali təhsil müəssisəsi bir ildən sonra da akreditasiyadan keçə bilməsə, ali təhsil müəssisəsinin lisenziyası ləğv ediləcək”, - deyə nazir bildirib.