Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 10:33:11
Azərbaycanda birpilləli doktoranturaya keçid ediləcək - YENİLİK

“Ali təhsil haqqında” qanun layihəsi kifayət qədər əhatəli və ali təhsilin inkişafı ilə bağlı geniş konseptual sənəddir.

AzEdu.az-ın məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib. 

E.Əmrullayev bildirib ki, bir sıra məsələlər var ki, həllini tapmalıdır.

“Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi zərurət var. Qanun layihəsində nəzərdə tutulan məsələlərdən biri ikipilləli doktorantura təhsilindən birpilləli səviyyəyə keçilməsi ilə bağlıdır. Bu keçidin elmə təsirini müzakirə etməliyik”, - deyə nazir bildirib.