Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 14:51:00
Müəllim dərsə gecikən şagirdə döşəmə sildirib? - Rəsmi araşdırma BAŞLADI

Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 4 saylı orta məktəbdə müəllimin dərsə gecikən şagirdi cəzalandırmaq məqsədilə döşəmə sildirdiyi iddia olunur. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Belə ki, iddialara əsasən məktəbin oğlan şagirdi dərsə bir neçə dəqiqə gecikib. Qeyd edilir ki, Cəmilə Quliyeva adlı müəllim həmin şagirdə cəza vermək məqsədilə ona məktəbin dəhlizini sildirib. Üstəlik hadisəni videoya da çəkib.

 

Bununla əlaqədar müəllim qeyd edib ki, bu, məktəbin direktoru tərəfindən qoyulmiuş daxili qayda-qanunlarından biridir. 

 

AzEdu.az iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aysel Tahirova deyib ki, araşdırma aparılır:

 

“Hazırda Regional İdarənin əməkdaşları sözügedən məktəbdədirlər və araşdırma aparırlar. Araşdırma nəticələndikdən sonra müəllim barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbir görüləcək".


İdarə rəsmisi olayla bağlı əlavə açıqlama veriləcəyini vəd edib.