Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 15:15:00
369 azərbaycanlı şagird ABŞ-da olimpiadaya qatılacaq

Azərbaycandan 369 şagird ABŞ-da olimpiadada iştirak edəcək.

AzEdu.az verir ki, Bakı Ali Neft Məktəbində (BANM) “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-ın FİSO olimpiadasının ingilis dili üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıb.

700-ə qədər şagird arasında təşkil edilən olimpiadada 369 nəfər qalıb adını qazanıb.

BANM-ın rektoru Elmar Qasımov tədbirdə çıxış edib, şagirdləri və onların valideynlərini təbrik edib, qaliblərə uğurlar arzulayıb.

Qeyd edək ki, seçim turunda qalıb olan şagirdlər oktyabr ayında Azərbaycanı ABŞ-da təmsil edəcək.