Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 09:34:23
Moldovada dövlət dili “rumın dili” adlandırıla bilər

Moldova Elmlər Akademiyası qanunvericilik aktlarında dövlət dilinin rumın dili adlandırılmasına tərəfdar çıxıb.

AzEdu.az-ın məlumatına görə, akademiklər hesab edirlər ki, Konstitusiyada müvafiq düzəliş sonsuz diskussiyaların qarşısını almaqla yanaşı, Moldavanın beynəlxalq imicinin qalxmasına yardım edəcək. Əsas qanunda dövlət dilinin “moldov dili” olduğu təsdiq olunub. Bu təklifi qanunverici orqan qarşısında “Hərəkət və Həmrəylik” partiyası qaldırıb. 27 fevralda partiya qanun layihəsini parlamentdə qeydiyyatdan keçirib. Qanun layihəsi 2013-cü ilin dekabrında  Konstitusiya Məhkəməsinin qəbul etdiyi  “Moldova dili”nin “rumın dili” ilə əvəz edilməsi haqqında qərarın həyata keçirilməsini nəzərdə tutur.   

Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır, "moldav və rumın dilləri”nin eyniliyi hamı tərəfindən tanınıb. Modova alimləri hesab edirlər ki, artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır.