Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 08:30:00
Türkiyədə ölənlərin sayı 45 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 089 nəfərə çatıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.