Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 17:09:00
Bakıda temperatur normadan 6 dərəcə yüksəkdir

“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir".

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

Xidmət rəisi qeyd edib ki, temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur: "Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib. Həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək müşahidə olunub".

 

Onun sözlərinə görə, bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib: "Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.