Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 15:41:00
Elm və Təhsil Nazirliyi nəzdində yeni agentliklər YARADILIR

Elm və Təhsil Nazirliyi nəzdində yeni dövlət agentliklərinin yaradılması prosesi davam edir. 

 

AzEdu.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev brifinqdə danışıb. 

 

"Agentliklərin yaradılması ilə bağlı böyük işlər geridə qalıb. Elm və Təhsil Nazirliyinin nəzdində yaradılması planlaşdırılan agentliklərin hüquqi normativ qaydaları ilə bağlı müəyyən işlər görülüb. Hüquqi normativ qaydalarla bağlı müvafiq əsasnamlər hazırlanıb və aidiyyatı qurumlara göndərilib. Təxminən may ayında agentlikləırin yaradılmasını planlaşdırırq. Gələn tədris ilinin planı böyük ehtimal agentlikləri tərəfindən hazırlanacaq". 

 
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.