Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 15:27:00
Bu il 35 min müəllim sertifikasiyaya cəlb olunacaq

 "2023-cü ilə 35 min müəllim sertifikasiyaya cəlb olunacaq".

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 6 nömrəli məktəb-liseydə keçirilən brifinqdə deyib:

 

Nazir bildirib ki, bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq.

Eyni zamanda, ölkə üzrə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin də sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır. 


“Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Sertifikasiya imtahanında əlavə 30 dəqiqə vaxt verilməsi planlaşdırılır”, - deyə nazir əlavə edib.

 "Sertifikasiyaya cəlb olunan 35 min müəllimin böyük əksəriyyətinin əmək haqqısı ya 10 faiz ya da 35 fazi artacaq", - nazir bildirib.

 
E.Əmrullayev deyib ki, sertifikatlaşdırma prosesi 2025-2026-cı ildə tam başa çatacaq.


"2025-ci ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə 2026-cı ildə növbəti dəfə imtahan vermələri üçün şans yaradılacaq".