Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 15:22:01
Müəllimlərin orta aylıq maaşı 1000 manata çatdırılacaq - NAZİR

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb.


AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb.


Nazir deyib ki,  son sərəncamdan sonra dövlət ümumtəhsil müəssisələrində çalışan 25%-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.

E.Əmrullayev bildirib ki, ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən bəzi müəllimlərin maaşı artımdan sonra 1195 manat olacaq.

O bildirib ki, 29573 nəfər müəllim 500 manata qədər, 67499 müəllim 500-1000 manat, 29423 müəllim 1000-1500, 3103 müəllim 1500-2000, 216 müəllim isə 2000 manat və daha artıq əməkhaqqı alacaq.

Nazirin sözlərinə görə, növbəti 4 il ərzində müəllimlərin əməkhaqqında 15% artım gözlənilir.

Nazir qeyd edib ki, 2-3 ildən sonra müəllimlərin orta aylıq əməkhaqqının 1000 manata çatdırılması gözlənilir.

Xatırladaq ki, fevralın 1-dən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı 10 faiz artıb.