Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 13:45:00
Bağçalarda təlimin xüsusiyyətləri müzakirə edilib

23 fevral 2023-cü il tarixində məktəbəqədər təhsilin yeni məzmunu ilə bağlı bu sahədə çalışan pedaqoji heyətin işinə dəstək olmaq məqsədilə Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu 192 saylı körpələr evi-uşaq bağçasında “Məktəbəqədər müsəssisələrdə təlimin planlaşdırılması xüsusiyyətləri” mövzusunda tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə rayonun digər məktəbəqədər təhsil müssisələrinin rəhbərləri, metodistləri, tərbiyəçi-müəllimləri iştirak etmiş, mövzu ilə bağlı, eyni zamanda məktəbəqədər təhsil sahəsində aparılan son yeniliklərlə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmış, ümumi müzakirələr və fikir mübadiləsi aparılmışdır.