Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 11:20:00
Direktorların təyinatında obyektivlik olmalıdır - DEPUTAT

“Ötən həftə Biləsuvar rayonundakı təhsil müəsssisəsində direktorla kollektiv arasında baş vermiş qarşıdurmanı əks etdirən videogörüntü bir daha məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu göstərir”.


AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.


“Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, ciddi araşdırmalar aparılaraq, ayrı-seçkiliyə yol verilmədən, tam şəffaf və tapşırıqsız həyata keçirilməlidir.

Son hadisə ağıllara belə bir sualı da gətirir: neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var?

Biləsuvardakı hadisə bir daha göstərdi ki, prosesə yenidən baxılmalı, bu vəzifəyə uyğun olmayan, dolayıı yollarla direktor təyin olunan şəxslər mütləq vəzifədən uzaqlaşdırılmalıdır”, - deputat vurğulayıb.