Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 11:15:00
Magistratura imtahanlarının nəticələri təhlil olunur - DİM  

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini fevralın 21-də elan etdi. Hazırda nəticələr üzrə statistik təhlil işləri aparılır.

 

Bunu AzEdu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

 

O deyib ki, magistratura pilləsi üzrə birinci cəhd qəbul imtahanlarının nəticələrinin statistik təhlilinin gələn həftəyə yekunlaşması nəzərdə tutulur.

 

“Ancaq təhlildən sonra bəzi suallara cavab tapa biləcəyik”, - deyə o vurğulayıb.