Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 14:05:00
Cerrahpaşa tələbələri distant təhsil qərarına etiraz ETDİLƏR

İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi tələbələri Ali Təhsil Şurasının (YÖK) universitetlərdə distant təhsillə bağlı qərarına etiraz ediblər.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Kahramanmaraş zəlzələlərindən sonra YÖK tibb fakültələrində 1-ci, 2-ci və 3-cü kurs tələbələrinin yaz semestrində distant formada təhsillərini davam etdirəcəklərini açıqlayıb. Bu qərardan sonra İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin tələbələri dekanlıq qarşısına toplaşaraq, mətbuata verdikləri açıqlamada bu qərara etiraz etdiklərini bildiriblər.

 

Qrup adından çıxış edən Tibb Fakültəsinin tələbəsi Enes Karaca "ölkəmizdə belə həssas bir zamanda bizə və ailələrimizə mənfi təsir göstərən bu qərarların qəbul edilməsində lazımi diqqət göstərilməməsi çox təəssüf doğurur" deyib.

 

Sözügedən qərarın qəbuledilməz olduğunu dilə gətirən Karaca "1-ci, 2-ci və 3-cü kursdakı bütün dostlarımıza təsir edən bu vəziyyətin başqa bir mənfi tərəfi daha var. Hər bir həkim və tibb tələbəsi çətin təhsil prosesinə bələddir. Buna şəxsən təcrübələrimizdə də şahid oluruq. Təhsil prosesimizin çətin olmasının əsas səbəbi insan həyatının məsuliyyətini daşımağımızdır. Biz bu fakültədə dünyanın ən müqəddəs peşələrindən birini ən yaxşı şəkildə öyrənməyə çalışırıq.

“Üzbəüz təlim praktiki bacarıqlarla yanaşı, xəstələrimizə və komanda yoldaşlarımıza qarşı düzgün münasibət, davranış və dəyərləri öyrədir”, -  deyə tələb bildirib.