Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 08:50:00
Xaricdə təhsil üçün hansı ölkəni seçməli? - Azərbaycan gənclərinə TÖVSİYƏ

Azərbaycan gənclərinin xaricdə təhsil almaq imkanları getdikcə məhdudlaşır. Yaxud ənənəvi təhsil məkanları artıq öz cəlbediciliyini itirir. Söhbət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzarətində və Xaricdə Təhsil Proqramından kənarda xarici universitetlərə təhsil almaq üçün üz tutanlardan gedir.

Bildiyimiz kimi, hər il minlərlə gənc orta məktəb attestatını götürüb elə Azərbaycanda fəaliyyət göstərən şirkətlər vasitəsi ilə  yaxın xarici ölkələrin universitetlərinə qəbul olunurdrular. Attestatla, imtahansız ali məktəb seçimində Rusiya, Ukrayna və Türkiyə uniuversitetləri üstünlük təşkil edirdi.

Hər il minlərlə gənc təhsil almaq adı altında ölkədən çıxırdı. “Adı altında” sozünü xüsusi vurğulamaq istərdim. Çünki attestatla xarici ölkə universitetlərinə qəbul olunanların orada həqiqətən təhsil aldıqlarını heç kim ciddi şəkildə təsdiq edə bilməz. Çünki övlad xarici universitetə qəbul olunması haqqında sənədi valideynlərinə göstərir və onların xeyir-duası,   maddi yardımı ilə ölkəni tərk edir. Onun getdiyi ölkədə həqiqətən təhsil alması, necə oxuması, məişət şəraitiu barədə heç kim məlumat vermir.

Təbii ki, gəncin özündən başqa. Bu çox uzun təhqiqat movzusudur və Azedu.az saytı olaraq mövzuya toxunacağıq.

Baş verən son hadisələr builki orta məktəb məzunlarının Türkiyə, Ukrayna və Rusiyada təhsil almaq istəyinə təsir göstərəcək və onların sayında ciddi azalma müşahidə olunacaq.

Belə olan halda gənclərimiz hansı ölkələrdə təhsillərini davam etdirə bilər?

Təbii ki, ilk növbədə Şərqi Avropa ölkələrinə axın artacaq. Orada oxumaq imkanı olan gənclərimiz Polşa, Rumıniya, Boqarıstan və sair ölkələrə üz tutacaq. MDB ölkələrindən Gürcüstana, Qazaxıstana gedənlərin sayında artım gözlənilir. Amma ənəvi ölkələr çevik şəkildə online təhsil formasına keçə bilsələr, tələbələrin müəyyən hissəsini cəlb edə bilərlər.

Ali təhsil almaq arzusunda olan gənclərə məsləhətimiz isə budur: çalışın Vətəndə universitetlərə qəbul oluna biləsiniz. İndiki halda bu ən yaxşı seçimdir.