Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 15:32:00
Bakıda 12 yaşlı yeniyetmə itkin düşüb

Bakıda 12 yaşlı yeniyetmə itkin düşüb.

 

AzEdu.az-ın xəbərinə görə, bu barədə fevralın 16-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Əli Hacıyev adlı şəxs məlumat verib.

 

O, ərizəsində qeyd edib ki, 2011-ci il təvəllüdlü Ülvi Hacıyev fevralın 12-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

 

Əli Hacıyev və Ülvi Hacıyev birlikdə yaşayırmışlar.

 

Faktla bağlı araşdırma aparılır.