Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 16:08:00
Döyülən şagirdlə bağlı məktəbdən açıqlama - YENİLƏNİB  

 

Döyülən şagirdlə bağlı məktəbdən açıqlama verilib

 

Bakı şəhəri 241 nömrəli tam orta məktəbdən AzEdu.az-a verilən məlumatda qeyd olunur ki, 14 fevral 2023-cü il tarixində fiziki tərbiyə dərsi zamanı şagirdlər məktəbin həyətində futbol oynamaq məqsədilə komandaya bölünərkən şagirdlərdən biri digərini (müvafiq səbəbdən şagirdlərin adları qeyd olunmur) itələyib. Nəticədə şagird yerə yıxılıb.

 

Müəllim dərhal müdaxilə edib, şagirdlərlə söhbət aparıb, onlar yanlış hərəkət etdiklərini anlayıb, qarşılıqlı olaraq üzrxahlıq ediblər.

 

Həmin gün şagirdlər günün sonunadək dərsdə iştirak ediblər.

 

Fevralın 17-də valideyn məktəbə gəlib və övladının xəsarət aldığını söyləyib. Daha sonra valideynin hüquq-mühafizə orqanlarına müraciət etdiyi məlum olub.

 

***

 

Bakıda şagird döyülüb.

 

AzEdu.az xəbər verir ki, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yerləşən 241 saylı orta məktəbin şagirdi 2010-cu il təvəllüdlü Babayev Dəniz Vilayət oğlu naməlum şəxs tərəfindən döyülməsi barədə polisə məlumat daxil olub.

 

Şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.