Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-05 13:31:00
Türkiyədə doktorantura üzrə təqaüd proqramına sənəd qəbulu davam edir. 

Türkiyənin ali təhsil müəssisələrində 2023-2024-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir. 

 

AzEdu.az xəbər verir ki, sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir. 

 

Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2023-cü il təyin edilib. 

 

Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.