Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-18 15:19:00
UNEC-in Zaqatala filialında tədbir keçirilib

UNEC-in Zaqatala filialında Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki,tədbirdən öncə ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Filialın direktor müavini, dosent Həqiqət Qədimova tədbiri giriş sözü ilə açaraq, bütün ömrünü xalqının tərəqqisinə, yüksəlişinə, inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ən parlaq və qüdrətli şəxsiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi mənalı ömür yolunun, xalqının yolunda göstərdiyi misilsiz xidmətlərin müasirlərimiz və gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib.

 

Tədbir Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyevin, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, dosent Səfər Razıyevin ulu öndər Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yolundan bəhs edən çıxışları ilə davam edib.

 

Sonda Heydər Əliyevin həyat yolundan bəhs edən sərgiyə baxış keçirilib.