Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-18 15:06:00
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

İmtahanda 6 nəfər iştirak edib.

 

AzEdu.az xəbər verir ki, 2023-cü il yanvarın 18-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

 

Növbəti TOEFL iBT imtahanının 4 fevral 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/