Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-18 14:53:00
Aparıcı elmi institutlarda 30 yaşadək heç bir elmlər doktoru yoxdur-Osman Gündüz

 

 

Ölkənin ən aparıcı 7 elmi institutunda 30 yaşadək heç bir elmlər doktoru yoxdur”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz  deyib.

 

Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin(FRTEB) 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim olunur. Bu bölmə 7 elmi institutu (Riyaziyyat və Mexanika, İT, Fizika, İdarəetmə Sistemləri, Radiasiya İnstitutu və s. ) , 1700-dən çox əməkdaşı, təxminən 1000 elmi işçini əhatə edir.

 

O.Gündüz , təqdimatda hesabatla bağlı görülən işləri, problemləri və təkliflərlə bağlı bəzi məqamalra toxunub:

 

  1. Bu bölmə, yəni 7 elmi institut üzrə 30 yaşadək heç bir elmlər doktoru yoxdur, cəmi bir fəlsəfə doktoru var.
  2. Bu bölmə üzrə 40 yaşadək yalnız 4 elmlər doktoru var.
  3. Google Akademik deyir ki, bu bölmə üzrə bir alimə olan istinadların sayı cəmi 29 olub.
  4. Bu bölmə üzrə xaricdə dərc olunan elmi məqalə sayı üzrə orta məhsuldarlıq bir alim üzrə ildə 2 məqalə olub 5. SCOPUS və WoS bazası üzrə 2 ildə hər bir alimin 1 məqaləsi dərc olunub.